Siyasət

“Ermənistan cəzasız qala bilməz, çağırış da İrəvana edilib”

Tofiq Zülfüqarov Türkiyə prezidentinin Ermənistan hakimiyyətinə ünvanladığı mesajın iki məqamdan ibarət olduğunu vurğulayıb: “Birincisi, Ermənistanın bundan qabaq həyata keçirdiyi siyasətin tənqidi və hətta cinayət xarakterli olması. İkincisi, çağırış idi. Öz siyasətləri, gələcəkləri barədə fikirləşsinlər, əgər bariş yolu seçsələr, digər qonşu ölkələrə olan düşməncilik siyasətini aradan götürsələr, bunun Ermənistan üçün daha faydalı olacağına işarə edir. Onu deyim ki, Türkiyənin bu barış şağırışı təzə bir təklif deyil. Əgər Ermənistan işğalçı siyasətindən əl çəksə, həm Azərbaycan, həm də Türkiyə normal beynəlxalq əlaqələrdə qəbul olunmuş və beynəlxalq qanunlara uyğun münasibətləri həyata keçirməyə hazırdır”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər paradında Ermənistana mesajlar verib. Prezident çıxışında “Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülh göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir”, – deyə prezident qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button