Siyasət

Azərbaycanla münasibətlər yaxşılaşıb – İran XİN

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi brifinqdə İran-Azərbaycan münasibətləri barədə danışıb.
Jamaz.info xəbər verir ki, bu haqda İran Teleqram kanallarında məlumat yayılıb.
O bildirib ki, xarici işlər nazirlərinin telefon danışıqlarından sonra iki ölkə arasındakı münasibətlər nisbətən yaxşılaşıb:
“İranla Azərbaycan arasında razılaşma, xüsusən xarici işlər nazirlərinin üç raundda aparılan telefon danışıqları çərçivəsində iki ölkə münasibətlərinin nisbətən yaxşılaşdığını görürük. Anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə rəsmilərimiz tərəfindən dialoq üçün bir sıra praktiki addımların atıldığını müşahidə edirik. Ümid edirik ki, iki ölkənin əlaqələri öz təbii axarına qayıdacaq”.
Kənani siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrin davam etdiyini vurğulayıb:
“İki ölkə arasında ticarət əməkdaşlığı prosesi hələ də inkişaf edir. Bu artım tempiniin yüksələn xətlə davam etməsini ümid edirik”.
Kənani, İran-Azərbaycan münasibətlərində yeni səhifə açmağı vacib sayıb:
“Yeni atmosferə ehtiyac var. Gərginliyin yaranması ikitərəfli əlaqələri pozur və qonşular arasında soyuqluq yaratmaqda həmişə öz xeyrini güdən tərflərin maraqlarına xidmət edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button