Siyasət

Arif Hacılının oğluna cinayət işi açıldı

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılıya qarşı cinayət işi açılıb.  Toplum TV xəbər verir ki, Orxan Hacılı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarının pozulması, səhlənkarlıqla sağlamlığa daha az ağır zərər vurmaqla) və 264-cü (yol-nəqliyyat hadisəsi yerinin tərk edilməsi) maddələriylə ittiham olunur.

Bu maddələrinin hər biri üzrə 2 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Arif Hacılı oğlunun saxlanılmasının siyasi sifariş olduğunu bəyan edib: “Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb. Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür”.

Orxan Hacılı iştirakıyla yol qəzasının oktyabrın 11-də Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində baş verdiyi bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button