Siyasət

ABŞ İranın Azərbaycan sərhədini pozmasına reaksiya verdi

ABŞ Dövlət Departamenti İranın Azərbaycanla sərhəddə törətdiyi son təxribata reaksiya verib.
Jamaz.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Qafqaz regionunda bəd niyyətli oyunçu olduğunu bildirib.
“Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda bəd niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli fəaaliyyətlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız bundan ibarətdir ki, Azərbaycan və Ermənistanla Cənubi Qafqazda qarşılıqlı fəaliyyətimizə sərmayə yatıraq. Biz əvvəllər tamamilə fərqli kontekstdə dediyimiz kimi, daha sabit, münaqişələrə, gərginliyə az meyilli Cənubi Qafqaz regionu yaratmaq istəyirik”, – Ned Prays bildirib.
Xatırladaq ki, marttın 21-də saat 09:44-dən 10:26-dək İran İslam Respublikasına məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca Zəngilandan Biləsuvara doğru və əks istiqamətdə fasiləsiz uçuş həyata keçirib.(Bakupost.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button