Siyasət

Əliyev Xankəndini və anklavları tələb edir – Oskanyan masadakı gündəliyi açıqladı

“Bu gün danışıqların gündəliyini Azərbaycan diktə edir. Danışıqlar masasında bir neçə əsas məsələ var: Qarabağ Azərbaycanın tərkib hissəsidir, Zəngəzur dəhlizi, sərhədin demarkasiyası və anklavlar. Bunlar Azərbaycanın gündəmidir, danışıqlarda Ermənistanın gündəmi yoxdur”.
Jamaz.info
xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

Oskanyan Ermənistan hakimiyyətinə təklif edir ki, Azərbaycanın gündəliyinə alternativ yaradılsın.

Onun təklifinə görə, Qarabağın qondarma “statusu” iddiası, “erməni əsirlər”, Şuşa və Hadrut məsələsi gündəmə gətirilsin.

“Gündəliyin məsələləri genişləndirilməlidir ki, manevr imkanları yaransın. Hakimiyyət bunu etmir, yaxud edə bilmir. Bu halda hər şey İlham Əliyevin diktəsi ilə həyata keçirilir”, – Oskanyan bildirib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button