Ölkə içi

Polis güllələndi – QAXDA

Qax rayonunda polis əməkdaşı insident nəticəsində yaralanıb. JAMAZ.İNFO-nun Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Çüdüllü kəndi ərazisində baş verib.

Polis əməkdaşı ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı araşdırma aparılır: “Həmin şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir”.

Yaralanan şəxsin Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmov olduğu məlum olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button