Ölkə içi

Fəvvarələr Meydanındakı aksiya dağıdıldı- saxlanılanlar var

Saleh Rüstəmlinin azadlığa buraxılması tələbiylə keçirilən aksiyaya polis müdaxilə edib. “Toplum TV” xəbər verir ki, hazırda həbsxanada aclıq aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbiylə keçirilən aksiya polisin müdaxiləsiylə dağıdılıb.

Aksiyanın təşkilatçılarından olan Mete Türksoyun və daha bir neçə fəalın saxlanıldığı bildirilir.

Saat 15:00-da Fəvvarələ meydanında keçirilməsi planlaşdırılan aksiyanı ictimai fəallar İlkin Rüstəmzadə və Mete Türksoy təşkil etmişdi.

Aksiyada saxlanılanların bəzilərinin kimliyi məlum olub:

1. Mete Türksoy
2. Dilarə Miriyeva
3. Səfər Əhmədov
4. Zəfər Əhmədov
5. Emin Xəlil
6. Ayxan Hacıbəyli
7. Elman Quliyev
8. Nigar Yaqublu
9. Əhməd Məmmədli
10. Əmrah Təhməzov
11. Əziz Məmiyev
12. Yeganə Rüstəmova (Saleh Rüstəmlinin bacısı)

AXCP fəalı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. S. Rüstəmli noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button