Ölkə içi

Ermənistan MN: “Verişendə baş verən yanğını Azərbaycan törətməyib”

Gorus rayonunun Verişen kəndi yaxınlığındakı dağda dünən günortadan etibarən yanğın başlayıb. JAMAZ.İNFO xəbər verir ki, hadisədən dərhal sonra erməni mediası bunun Azərbaycan Ordusu tərəfindən törədilməsi barədə yalanməlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun bir neçə bölməsi Verişen kəndi yaxınlığında mövqe tutub. Həmin mövqelər isə Azərbaycan əraziləridir.

Erməni tərəfinin yaydığı məlumatı Ermənistan Müdafiə Nazirliyi də təkzib edib. Belə ki, nazirliyin mətbuat katibi Aram Torosyan bildirib ki, kəndin yaxınlığındakı dağda baş verən yanğının Azərbaycan Silahlı Qüvvələri tərəfindən törədildiyi barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. “Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın saat 22:33-də söndürülüb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button