Ölkə içi

Ermənilər Kəlbəcərdə təkcə su bulaqlarımıza 7.5 milyard manat ziyan vurub

Ermənilər tərəfindən təkcə Kəlbəcərdəki mineral su bulaqlarının istismarı Azərbaycana 7.5 milyard manat həcmində ziyan vurub. JAMAZ.İNFO xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

Kəlbəcərin təbii ehtiyat potensialının təsərrüfatın inkişafına geniş imkanlar yaratdığını diqqətə çatdıran alim ərazidə yenidənqurma, bərpa layihələrinin həyata keçirilməsi üçün ciddi landşaft planlaşdırılmasının aparılması, relyefin, təbii şəraitin nəzərə alinmasının vacibliyini qeyd edib.
İnstitut rəsmisi bidirib ki, Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa, mal-qaranın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button