Ölkə içi

Anatoli Sidorov: “Ermənistana KTMT qüvvələrinin göndərilməsindən söhbət gedə bilməz”

“Azərbaycan-Ermənistan sərhəddində KTMT qüvvələrinin yerləşdirilməsindən söhbət gedə bilməz”. JAMAZ.İNFO xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

O qeyd edib ki, bu barədə hər hansı müzakirə belə getmir. “KTMT sülhməramlı kontingentinin Ermənistana göndərilməsi ilə bağlı hələlik heç bir müzakirə aparılmır. Ümid edirik ki, münaqişə sülh yolu ilə həll olunacaq”.

Bildirək ki, bir qədər erməni mediası iddia etmişdi ki, KTMT missiyası noyabrın 15-i axşam İrəvana gələcək. Sidorovun sözlərinə görə, missiyanın göndərilməsi təklifi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. “Bu təklif də təşkilata üzv olan bütün ölkələr tərəfindən dəstəkləndi”.

Nəzərinizə çatdıraq ki, KTMT-nin baş katibi Stanislav Zas gələn həftə Ermənistana səfər etməyi planlaşdırır. Missiyaya general-polkovnik Anatoli Sidorov rəhbərlik edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button