Ölkə içi

Ağdamda hərbçi minaya düşüb

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb. Bu barədə mayın 27-də DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.

DİN onu da qeyd edir ki, yaralı hərbçi hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button