Ölkə içi

Əsgər heç kimin dədəsinin qulu deyil ki, onu işlətsinlər – Sərt reaksiya

“Səslənən fikirlər məhkəmədə təsdiqini tapsa, şiddətlə qınayanlar arasında mən də olaram. Hərbi qulluqçu öz vəzifə borcunu yerinə yetirməlidir. Gizir, çavuş, zabit heç kimin dədəsinin qulu və yaxud fəhləsi deyil ki, xidmət vaxtı gedib kiminsə qapısında işləsin. Kim ki vəzifə səlahiyyətlərindən sui-istifadə edib, onlar ən sərt şəkildə cəzalandırılmalıdır. Kimliyindən asılı olmayaraq, bu cür şəxslərn bir gün belə olsun güc strukturlarında qalmasınıN tərəfdarı deyiləm”.
Jamaz.info xəbər verir ki, bu sözləri Bakupost.az –a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik, təhsil-tədris və elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin cinayət işi ilə bağlı danışarkən deyib.
O bildirib ki, hüquq-mühafizə orqanları, hərbi prokurorluq bu kimi hallarla çox ciddi mübarizə aparmalıdır:
“Belə hallar ictimailəşdirilməli, belə hallara yol verən general, polkovnik və digər rütbəli zabitlər ifşa edilib məsuliyyətə cəlb olunmalıdır”.
“Şlyapa Zahid”in sözügedən əmələrində keçmiş Baş Qərargah rəisi NəcməddinSadıkovun əlinin olub-olmaması barədə suala isə polkovnik belə cavab verib:
“Bu adam 23 il Azərbaycanda Baş Qərargah rəisi vəzifəsində olub, mən də onun dövründə xidmət etmişəm. Kim-kimin adamı olub, deməkdə çətinlik çəkirəm. Bunu demək üçün əlimdə ciddi əsas olmalıdır. Əgər bu hadisələr Nəcməddin Sadıkovun tabeliyində olarkən baş veribsə, o da bilavasitə məsuliyyət daşıyır. Ümumilikdə isə xidməti vəzifələrinin icrasında səhlənkarlığa yol verənlərin rəisləri məsuliyyət daşıyırlar. Nəyin necə olması məsələsini isə hüquq-mühafizə orqanları araşdırmalıdır. Məhkəmədə hər şey sübut olunandan sonra artıq konkret fikir demək olar ki, “Şlyapa Zahid”lə yanaşı, digər şəxslərin də məsuliyyəti olub, yaxud olmayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button