Media

Tanınmış aparıcı etiraz etdi – Haqqımı halal etmirəm

Tanınmış aparıcı Turan İbrahimov Oqtay Əliyevin dünyasını dəyişdikdən sonra yaxınlarının mediada işıqlandırılmasına etirazını bildirib.
Jamaz.info xəbər verir ki, aparıcı bu barədə öz sosial şəbəkə hesabında yazıb:
“Vəfat etmiş məşhurların yerdə uzanmış cəsədini, məzara qoyulma anlarını, xüsusi ilə də doğmalarının pərişan vəziyyətini göstərməyi də, ona baxmağı da qeyri-etik sayıram. Sizcə də insanların ən özəl anlarını istismar etmirikmi?
Artıq ölümdən yox, öləcəyim halda özümün və doğmalarımın heç kimin görməsini istəmədiyim hallarının ən vulqar formada ortalığa töküləcəyindən qorxmağa başlamışam.

“Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!”.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button