Media

Jurnalistlər Tovuz döyüşlərinin baş verdiyi postlarda

Müdafiə Nazirliyi tərəfindən Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub. Nazirlikdən bildirilib ki, media nümayəndələri bu ərazidə dislokasiya olunan hərbi hissədə xidmət edən, həmçinin Tovuz döyüşlərinin iştirakçısı olan hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.

Hərbi qulluqçular dövlət sərhədinin Tovuz rayonu istiqamətində 2020-ci il iyulun 12-17-si tarixlərində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.

Media-tur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan yataqxana, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə də yaxından tanış olublar.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button