Media

Jurnalist Heydər Əliyev Fonduna müraciət etdi

Jurnalist Nərmin Əkbərli anasının səhhəti ilə bağlı Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna müraciət edib.

Jamaz.info müraciətin mətnini təqdim edir:

“Anam Fərqanə Əjdər qızı Əkbərovanın səhhəti bu ilin iyul ayından etibarən pisləşməyə başlayıb. Edilən müalicələr heç bir nəticə vermədiyindən oktyabrın 28-dən etibarən anamı xəstəxanaya yerləşdirdik. Bir neçə xəstəxana dəyişsək də, hələ də dəqiq diaqnoz qoyulmayıb və heç bir həkim anamın dərdini tapa bilmir.

Hazırda bu mərkəzdəki həkimlərin və  kənarda fəaliyyət göstərən həkimin tövsiyəsi ilə pnevmaniyaya qarşı müalicə aparılır. Xərclər həddən artıq çox olduğuna görə əlavə maliyyə yardımına ehtiyacımız var.

Dəyərli ölkə başçısından və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevadan anamın səhhəti ilə bağlı məsələni nəzarətə götürmələrini xahiş edirəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button