GündəmManşet

Zaxarova: “Minsk Qrupu tarixin zibilliyinə atılıb”

“Məhz Qərb ATƏT-in Minsk Qrupunu hələ ötən ilin fevralında tarixin zibilliyinə göndərib. Onlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün səylərin qarşısını alıblar”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, amerikalı və fransalı həmsədrlər uydurma bir bəhanə ilə rusiyalı həmkarları ilə əlaqəni dayandırıblar. “Bununla bağlı heç bir aydın izahat yox idi. Bunu nəzərə alaraq, biz ən yüksək səviyyədə müvafiq sazişlər toplusu əsasında üçtərəfli formatlar çərçivəsində İrəvan və Bakıya yardımın göstərilməsinə diqqət yetirmişik”.

O, ABŞ-ın vasitəçiliyi mövzusuna da toxunaraq qeyd edib ki, “biz bunun real addımlarla dolu və hər hansı əlavə dəyərə malik olduğunu görmürük”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button