GündəmManşet

Xankəndidən banlayan xoruz: “Tələb edirik…”

Qarabağdakı erməni separatçıları qaşınırlar. Özü də yeni bir müharibə istəyirlər. 44 günlük müharibədən nəticə çıxarmayan, son 8 ayda yeni havadar tapmış kimi davranan, üstəlik bölgədəki rus sülhməramlılarına güvənərək, yeni bir savaş üçün şərait yaradırlar.

JAMAZ.İNFO xəbər verir ki, Xankəndidə qərarlaşmış separatçılar bu gün təkcə bəyanat yaymayıblar, həm də “tələblə” çıxış ediblər. Belə ki, onlar Azərbaycanda akkreditasiya olunmuş xarici ölkə səfirlərinin Şuşa şəhərinə səfər etməsini “pisləyiblər”. Terrorçuların nümayəndələri o “qənaətdədirlər” ki, rəsmi Bakı bu addımı ilə “müharibənin aqressiyasını ört-basdır etmək” istəyir. Bununla da kifayətlənməyib, hazırkı vəziyyətin “günahkarı” kimi Azərbaycanı təqdim ediblər.

Lakin bu, məsələnin “bəyanat” hissəsidir. Bir də özlərində cəsarət taparaq, “tələb”lərini də dilə gətiriblər. Belə ki, separatçılar ATƏT-in Minsk Qrupuna çağırış edərək, onlardan təcili addım atmalarını və danışıqlar prosesinə başlamalarını istəyiblər. “Minsq Qrupu həmsdərlərinə çağırış edərək, onlardan təxriəsalınmaz addımlar atmalarını tələb edirik. Təcili olaraq danışıqlar bərpa edilməli və Azərbaycan-Qarabağ münaqişəsinin başa çatdırılmalıdır”.

Görünən odur ki, Qarabağdakı erməni terrorçular qandan doymayıblar. Toplam 9 min nəfərə yaxın itki verən, indiyə qədər işğal altında saxladıqları torpaqları geri vermək məcburiyyətində qalan ermənilər yeni müharibə arzusundadır. Və belə davam edərsə, Azərbaycan Ordusunun yeni şapalağını qulaqlarının dibində görəcəklər. Çünki başqa çarə və yol qoymurlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button