ManşetSosial

Azərbaycan Xankəndi, Əsgəran və Xocavəndə elektrik verilişini dayandırıb

Bu gün axşam saatlıarından etibarən Xankəndinin bir hissəsi, Əsgəran şəhərinin və Xocavənd rayonunun hamısına elektrik enerjisinin verilişi dayandırılıb. Artıq bir neçə saatdır ərazi qaranlığa bürünüb. JAMAZ.İNFO xəbər verir ki, separatçılar bunu Xankəndi yaxınlığındakı elektrik verilişi stansiyasında təmir işləri ilə əlaqələndiriblər.  

Həmin məlumatda deyilir ki, elektrik enerjisinin verilişi bir neçə saat çəkəcək. Lakin sonradan məlum olub ki, yalnız Ermənistan tərəfindən çəkilən yüksək gərginlikli elektrik xətti ilə verilən elektrik enerjisindən istifadə mümkün olacaq ki, bu da yalnız zəruri olan obyektlər üçün sərf ediləcək. Eyni zamanda, həmin enerji ilə yalnız Xankəndinin kiçik bir qismini işıqlandırmaq mümkündür.

Erməni mənbələri isə yazırlar ki, məsələ heç də hansısa stansiyada təmir işləri ilə bağlı deyil. Onların iddiasına görə, elektrik enerjisinin verilişini Azərbaycan tərəfi dayandırıb. Belə ki, müharibədən sonra razılaşmaya əsasən Xankəndi və Xocavəndin işıqlandırılması üçün Şuşadakı elektrik stansiyasından elektirik enerjisi ötürtülürdü. Bu barədə Azərbaycan tərəfinin rəsmi açmıqlaması da mövcuddur. Həmin açıqlamada deyilirdi ki, rəsmi Bakı razılaşmaya əsasən Xankəndi və Xocavəndi elektrik enerjisi ilə təhciz edəcək.

Məlumatlara görə, Şuşa yarımstansiyasından ötürülən elektrik enerjisinin dayandırılmasına səbəb dünən baş vermiş terror hadisəsidir. Belə ki, Norayir Mirzoyan adlı erməninin şəhərin yaxınlığında Ordumuzun postuna əl qumbarası ataraq, üç hərbçimizin yaralanmasına səbəb olub. Ermənilər deyir ki, Azərbaycan buna cavab olaraq, belə bir addım atıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button