ManşetÖlkə içi

Vova Vartanov: “Laçın dəhlizi yalnız hərbi yolla açıla bilər”

“Biz ən yüksək instansiyalarda Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqdan imtina etmişik. Ordunun kiçik bir hissəsi olan müdafiə sistemimizdə ciddi islahatlar aparmırıq”. JAMAZ.İNFO xəbər verir ki, bunu VOMA hərbi-siyasi cəmiyyətinin rəhbəri, kəşfiyyatçı Vova Vartanov NEWS.am-a müsahibəsində deyib.

O bildirib ki, üç il kifayət qədər uzun müddətdir. “Biz lazımi dəyişiklikləri etsəydik, hətta iki ildən sonra elə nəticələr əldə edərdik ki, dünyada hamı təəccüblənərdi. Sülh müharibəyə hazırlaşmaq üçün verilir. Müharibə olsa da, olmasa da, biz müharibəyə hazırlaşmalıyıq”.

Vartanov onu da deyib ki, Laçın dəhlizinin açılması məsələsini ancaq hərbi yolla həll etmək olar. “Amma bizim hücuma ehtiyacımız yoxdur. Müharibəyə yaxşı hazırlaşsanız, düşmən bunu qiymətləndirəcək və toqquşmadan, o cümlədən 10 noyabr bəyanatının müddəalarına əməl etməyə məcbur edilmədən güzəştə gedə bilər”.

P.S. Qeyd edək ki, VOMA təşkilatı özəl hərbi məktəb kimi fəaliyyət göstərir. Onlar istər müharibə vaxtı, istərsə də müharibədən sonra xüsusi hərbi qruplar hazırlamaqla məşğul olublar. Hazırda da həmin fəaliyyətlə məşğuldurlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button