ManşetÖlkə içi

Vardan Oskanyan: “Sülh müqaviləsi heç nəyi dəyişməyəcək, sülh olmayacaq”

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması ölkəsində etirazla qarşılanıb. Daha doğrusu, müxalifət onu “satqınlıq”, “xəyanət”də ittiham edir. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da təxminən eyni mövqedədir. Sadəcə, o, bu sözləri diplomatik dildə deməyə çalışır.

Oskanyan iddia edir ki, Ermənistanın hazırkı mövqeyinə və görülən işlərə alternativ var. Amma keçmiş nazir yenə xəyallara qapılır, hansısa mücərrəd münsibətlərdən bəhs edir və nələrisə dəyişə biləcəklərinə ümid bəsləyir.

Keçmiş nazirin anladığı, lakin qəbul etmədiyi bu olub ki, Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. “O da məlum oldu ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın suveren ərazisinin itirdiyi hissələrlə yanaşı, anklavlar adı altında əlavə əraziləri də verməyə hazırlaşır. Bu da iki dost ölkəmizlə strateji kommunikasiyalara birmənalı şəkildə ziyan vuracaq. İran və Gürcüstanla əlaqələrimizdə təbii ki, təhlükəsizlik baxımından ciddi problemlər yaradacaq. Şübhə etmirəm ki, tezliklə biz də eşidəcəyik ki, Azərbaycana “dəhliz məntiqi olmayan” dəhliz verilir”.

Oskaynayn qeyd edir ki, İrəvan hökuməti bunu onunla izah edir və əsaslandırır ki, Qarabağ və Ermənistan ətrafında yaranmış vəziyyətdə və gedən geosiyasi dəyişikliklər şəraitində sadəcə olaraq başqa alternativ yoxdur. “Birincisi, bildiririk ki, Ermənistan və Qarabağdakı vəziyyətin əsas səbəbi Paşinyanın son dərəcə yanlış, hərbi-siyasi və diplomatik səhvləridir.

İkincisi, mövcud geosiyasi vəziyyət bizi bizim üçün qətiyyən qəbuledilməz qərar qəbul etməyə tələsməyə vadar etmir. Əksinə, məsələnin daha faydalı həllinə nail olmaq üçün daha geniş imkanlar yaradır. Təhlillərə, tarixi istinadlara və digər müzakirələrə getmədən, tam əminliklə və məsuliyyətlə demək istəyirəm ki, bu gün görülən işlərin ciddi alternativi var. Və çox qısa müddətdə bu məsələyə maraq göstərən və vasitəçilik missiyasını həyata keçirən ölkələrin baxışlarını, yanaşmalarını kökündən dəyişmək mümkündür. Eyni dövrdə gündəmdəki məsələlərin müqayisəsi Qarabağ məsələsinin həllinə nail olmaq imkanı yaradacaq. Bu regionda sabit və uzunmüddətli sülhün təmin edilməsi məqsədi ilə hər iki tərəfin qəbul etdiyi və yeganə təminat ola biləcək belə bir danışıqlar mərhələsinə keçmək mümkündür”.

Erməni diplomat iddia edir ki, Bakı ilə İrəvan arasında bağlanacaq müqavilə sülh gətirməyəcək. “Beynəlxalq ictimaiyyət və Azərbaycan başa düşməlidir ki, Paşinyanın problemi həll etməsi iki xalq arasında sülh gətirməyəcək. Təbii ki, görülənlər qəbuledilməzdir və qınana bilər. Əminəm ki, Paşinyan bu məsələyə oxşar həll yolu verə bilməyəcək. O, belə bir sənədi imzalasa belə, bu, tarixin adi axarından müvəqqəti sapma olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button