ManşetSosial

Ucarın baş həkimi ruhi xəstəyə sürücülük vəsiqəsi almaq üçün 600 manata arayış satıb

Ucar şəhəri, Mirbəşir Qasımov küçəsi ev 5 ünvanında yaşayan Behbudov Seymur Əbdüləhəd oğlu JAMAZ.İNFO-ya qəribə bir şikayət məkubu ilə müraciət edib.

Məktubun qəribəliyi odur ki, Ucarda ruhi xəstəyə sürücülük vəsiqəsi almaq üçün arayış satıblar. Həmin şikayət məktubunda deyilir: “Qardaşım Səbuhi Behbudov ruhi xəstədir. Ona sürücülük vəsiqəsi almaq üçün sağlamlıq haqqında arayış almağa görə Ucar rayon Xəstəxanasına getdik. Orada bu işə baxan həkim Oktay İsgəndərov bizə bildirdi ki, ruhi xəstəyə sürücülük vəsiqəsi almaq üçün tələb olunan sağlamlıq haqqında arayışın verilməsinə direktor Zeynal Bayramlı qiymət qoyub və 600 manat pul verməlisiniz. Yoxsa baş həkim arayışa imza etməyəcək. Oktay həkim onuda vurğuladı ki, sağlamlıq haqqında arayış olmasa qardaşına sürücülük vəsiqəsi verməyəcəklər.  Bizdə əlacsız qalıb çox get-gəldən, sorğu-sualdan sonra baş həkim Zeynal Bayramlıya çatdırılması üçün həmin 600 manat pulu Oktay İsgəndova verdik”.

Şikayətçi Seymur Behbudov daha sonra yazır ki, bundan sonra qardaşı, Yevlax Qeydiyat İmtahan və Texniki Baxış İdarəsində imatahan verib və sürücülük vəsiqəsi aldı. “Sonradan öyrənmişəm ki,  sürücülük vəsiqəsi almaq üçün tələb olunan sağlamlıq haqqında arayışın rüsüm qiyməti 15 manat təşkil edirmiş. Ancaq nədənsə bizi çox get-gələ salıb, süründürdülər və baha qiymətə sağlamlıq arayışı təqdim etdilər”.

Ucar sakini bildirir ki, baş həkim Zeynal Bayramlı heç nədən çəkinmədən açıq-aşkar etsə də, onun barəsində tədbir görən yoxdur. “Mənim qardaşım Səbuhi Behbudov 2008-ci il tarixdən ruhi xəstə kimi Ucar rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olsa da, indiyə qədər ona pulsuz dərman verilməyib. Hansı ki, ruhi xəstələrə hər ay dövlət büdcəsi vəsaiti hesabına pulsuz dərmanlar verilir”.

Daha sonra şikayətçi qeyd edir ki, onlara qarşı edilən qanunsuzluqlar barədə İcbari Tibbi Sıoğorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə, həmin Agentliyin icraçı direktoru Vüqar Qurbanova və Səhiyyə naziri Teymur Musayevə şikayət ərizələri ilə müraciət edib. “İnanıram ki, məni dinləyib, şikayət ərizəmi obyektiv araşdırıb, qanunu və təsirli tədbirlər görəcəklər”.

Xatırladaq ki, Zeynal Bayramlı 2007-ci ildən Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyir.

Qeyd edək ki, son günlər ölkə üzrə avtomobil qəzalarının sayı çoxalıb. Bununla əlaqədar olaraq DİN bir sıra tədbirlər görsə də, lazımi nəticə əldə etmək mümkün olmayıb. Məsələni araşdıran ekspertlər isə vəziyyəti düzəltmək üçün bir sıra addımların atılmasını zəruri hesab edirlər. Lakin bu şikayətdən belə məlum olur ki, bəzi MERO-lar sürücülük vəsiqəsi almaq istəyənlərin kimliyini, hansı xəstəlikdən əziyyət çəkdiyini nəzərə almadan sürücülük vəsiqələri verirlər. Yəqin ki, DİN bu məsələni ciddi şəkildə araşdıracaq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button