ManşetÖlkə içi

Şuşada postumuza qumbara atan terrorçunu xəstəxanaya yerləşdiriblər: Guya xəstədir

Bir neçə gün əvvəl Şuşa şəhəri yaxınlığında Azərbaycan Ordusunun postuna əl qumbarası atan erməni terrorçu Norayir Mirzoyan xəstəxanaya yerləşdirilib. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağda özünü “ombudsman” adlandıran Qeqam Stepanyan deyib.

O bildirib ki, bu gün terrorçu ilə görüşüb və onu səhhəti ilə maraqlanıb. “Norayir Mirzoyan səhhətində yaranmış problemlə əlaqədar xəstəxnaya yerləşdirilib. Hazırda onun vəziyyəti yaxşıdır. Həkim nəzarəti altındadır. Həkimlərimizin sayəsində tezliklıə sağalıb, ayağa duracaq”.

Qeyd edək ki, erməni terrorçunun xəstəxnaya xəstə adı ilə yerləşdirmək bəhanədir və separatçıların öz oyunlarıdır. Belə ki, onlar “qanuna əsasən” Norayiri təcridxanada saxlamalıydılar ki, bunu ona rəva bilməyiblər. Və “xəstə” adı ilə xəstəxanaya yerləşdiriblər ki, rahatlıq içində olsun. Tezliklə onun barəsində qaldırılmış “cinayət işi”nə də xitam veriləcəyi zərrəcə şübhə doğurmur. Çünki Mirzoyan onların “qəhrəmanı”dır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button