ManşetSosial

Sumqayıtın bir məhəlləsi 20 gündür susuz qalıb: “Tədbir görən yoxdur”

Sumqayıtda “Yaşıldərə” yaşayış massivinin Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçəsinin 4-cü məhəlləsinin (Xıdırlı məktəbinin yolunda) sakinləri artıq 20-günə yaxındır ki, susuzluqdan əziyyət çəkir. Bu barədə JAMAZ.İNFO-ya həmin massivin sakinləri məlumat veriblər.

Onlar bildirirlər ki, qızmar yay günləri işməli su üzünə belə həsrət qalıblar. “Sakinlər məcbur olub hər gün suyu su gələn qonşu məhəllələrdən vedrələrlə, qablarla əl ilə daşıyırlar”.

“Yaşıldərə” sakinləri deyir ki, neçə vaxtdır hər yay bu əziyyətlə qarşılaşırlar. “Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür və ya nə səbəbdənsə onlara su gəlmir”.

Onlar problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt şəhər Bələdiyyəsinə, yerli icra orqanlarına müraciət etsələr də şikayətləri həllini tapmır. Sakinlər deyir ki, bütün cəhdlərinə baxçayaraq, heç bir tədbir görülmür, yalnız vədlər verilir.

Onlar media vasitəsi ilə aidiyyatı qurumlara, məsul şəxslərə müraciət edərək, su probleminin həll ilə bağlı tədbir görülməsini istəyirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button