ManşetÖlkə içi

Seryran Ohanyan: “Bölgədə vəziyyət gərgindir, müharibə hər an başlaya bilər”

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan öz çıxışında bir neçə məqama toxunub. JAMAZ.İNFO xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran sözügedən şəxs iddia edib ki, bölgədə müharibə qaçılmazdır.

Ohanyanın sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri guya, Ermənistan və İrana qarşı yönəlib. “Bu həm də Ermənistana güc göstərmək məqsədi daşıyır. Ermənistan hərbi-siyasi vəziyyətə müvafiq qiymət verməli, eləcə də silahlı qüvvələrin təmin edilməsi və hərbi təlimlərin keçirilməsi istiqamətində ciddi iş aparılmalıdır”.

Keçmiş nazir hesab edir ki, regionda vəziyyət kifayət qədər gərgindir. “Xüsusən də Ermənistan və Qarabağ ətrafında təhlükəsizlik mühiti çox kövrəkdir. Ona görə də hər an döyüş əməliyyatları başlaya bilər. Azərbaycan və Türkiyə sülhdən danışsalar da, qonşu ölkəmiz olmaq istəmirlər. Lakin onların ritorikası ona gətirib çıxarıb ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini alana qədər dayanmayacaq”.

Ohanyan son sərhəd toqquşmalarına da münasibət bildirib. O deyib ki, sentyabrın 13-də Basarkeçər istiqamətində Azərbaycan Ordusu şəxsi heyətin olmadığı əraziyə daxil olublar. “Nəticədə, daha bir neçə mövqedən yan keçərək, onları ələ keçirməyi bacarıblar. Bunun səbəbi də, sərhəddə Ermənistan ordusunun şəxsi heyət çatışmazlığıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button