GündəmManşet

Separatçılara ötürülmüş silahların səsi çıxmağa başladı: Xocavənddəki mövqelərimizə atəş açdılar

Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Həmin məlumatda deyilir ki, bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. “Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistandan Laçın dəhlizi vasitəsi ilə Qarabağdakı separatçılara silah ötürüldüyü barədə məlumat yayılmışdı. Hakimiyyətə yaxın “Caliber” saytının yaydığı məlumatdaqeyd olunurdu ki, bu silahlar əsasən avtomatik tüfənglər və tank əleyhinə olan raketlərdən ibarət olub. Görünür, Qarabağdakı ermənilər rusların da verdiyi dəstəkdən ürəklənərək, mövqelərimizi atəşə tutublar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button