GündəmManşet

Separatçılar arasında qarşıdurma: Nersisyan Babayanı “fırıldaqçı” adlandırıb

İravanda məskunlaşmış separatçılar arasında mərəkə başlayıb. Dünəndən etibarən Samvel Babayanla digər separatçılar arasında qarşılıqlı ittihamlar isə erməni mediasının manşetlərini bəzəyir.

JAMAZ.İNFO xəbər verir ki, dünən İstintaq Komitəsinə çağırılan Samvel Babayan açıqlamasında deyib ki, onun heç bir günahı yoxdur. Həmçinin o bildirib ki, Qarabağı separatçılar satıblar. “10 noyabr razılaşması xəyanət idi. Qarabağı Xankəndidə və İrəvanda oturanlar satdılar”.

Lakin Babayan təkcə bununla yetinməyib. O həmçinin Samvel Şahramanaynı da ittiham edib. O deyib ki, Şahramanyan bu gün də Bakı ilə əlaqə saxlayır və hazırda həbsdə olan separatçıların rəhbərləri ilə telefonla danışır.

Qeyd edək ki, Bako Saakyan, Arkadi Qukasyan və Arayik Harutyunyanın Samvel Şahramanyana zəng edərək, danışmaları barədə məlumatı separatçıların bir başqa nümayəndəsi David Qalstyan da təsdiqləyib.

Bu gün isə Qarabağ separatçılarının qondarma “dövlət naziri” olmuş Qurgen Nersisyan da prosesə qoşulub. O, “Hraparak” qəzetinə açıqlamasında deyib ki, Babayan yalançı və fırıldaqçıdır. “Babayana deyin ki, o, yalançı və fırıldaqçıdır. Onun kimi möhtəkirlər bütün sənədləri yandırıb, Qarabağdan getdiyimizi düşünürsə, dəhşətli dərəcədə yanılır. Babayan Təhlükəsizlik Şurasının katibi kimi dindirilib, faktlar var. Həmin materialların elektron, rəqəmsal variantları da mövcuddur. Mən baş prokuror kimi onları rəqəmsallaşdırmışam”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button