ManşetÖlkə içi

Rusiya üçtərəfli görüş təklif etməyə hazırlaşır: Əliyev, Putin və Paşinyan görüşə bilərlər

Praqa görüşündən sonra Rusiya əl-ayağa düşüb. JAMAZ.İNFO xəbər verir ki, Kreml rəsmiləri bu görüşün ardından davamlı olaraq açıqlamalar verirlər və vəziyyətlə barışmadıqlarını nümayiş etdirirlər.

Bu gün Rusiyadan daha bir açıqlama gəlib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri səviyyəsində üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir. “Ümid edirik ki, yaxın vaxtlarda sammitin tarixlərini razılaşdıra biləcəyik”.

Uşakovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Astanada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesini müzakirə edəcəklər. “Biz Azərbaycanla əlaqələri yüksək qiymətləndiririk. Təbii ki, biz onlarla təkcə ikitərəfli məsələləri deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərindəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparmağa hazır olacağıq”.

Kreml nümayəndəsi vurğulayıb ki, Bakı ilə İrəvan arasında münasibətlərin sabitləşməsinin əsasını Putinin vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil edir.“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə girməyə çalışırlar, lakin daha çox bizim işimizdən istifadə edirlər. Bizim fəal iştirakımızla 2020 və 2021-ci illərdə fundamental razılaşmalar əldə olunub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button