GündəmManşet

Rusiya da Zəngəzurda konsulluq açmaq istəyir

Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti iddia edir ki, İranın ötən ilin oktyabrında Zəngəzurda konsulluq açmasından sonra, Rusiya da analoji addım atmağa hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, qəzet Rusiyanın Ermənistandakı səfirinin belə bir arzularının oldğunu dilə gətirdiyini bildirib.

Həmin məlumata görə, Rusiya bu istəyini müxtəlif kanallarla Ermənistan hakimiyyət dairələrinə çatdırıb. “İndi Sünikdə (Zəngəzurda) İran konsulluğunun açılmasından sonra hakimiyyətin strateji müttəfiqi olan Rusiyaya bölgədə konsulluq açmasına necə icazə verə bilməyəcəyi ilə bağlı müzakirələr gedir”.

Ermənistan XİN-i məsələ ilə bağlı bildirib ki, onlara rəsmi müraciət olunmayıb. “Ermənistan Rusiyadan Sünik vilayətində konsulluğunun açılması ilə bağlı rəsmi təklif almayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button