İqtisadiyyatManşet

Rusiya Azərbaycanla sərhəddi bağladı: 5000 yük avtomobili gömrükdə qalıb

Rusiya tərəfi dünəndən etibarən Yalama Gömrük-Keçid Məntəqəsini bağlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hazırda gömrükdə qalmış sürücülər məlumat veriblər.

Onlar bildiriblər ki, dünən səhər saatlarından etibarən Rusiya tərəfi heç bir açıqlama vermədən, həm Rusiyadan, həm də Azərbaycandan gələn yük avtomobillərinin keçidini dayandırıb. Onlar deyiblər ki, hazırda sərhəddə Rusiyadan Azərbaycana keçəcək yük maşınlarının sayı 3000 keçib. Azərbaycandan Rusiyaya yükdaşıyan və gömrükdə dayanan avtomobillərin sayı isə 2000-ə yaxındır.

Qeyd edək ki, Rusiya tərəfi belə addımları mütəmadi olaraq atır. Xüsusən də Azərbaycan tərəfindən hər hansı tənqiddən sonra belə addımlar atırlar. Hətta rusların bu hərəkəti Azərbaycanda lətifəyə belə çevrilib. Belə ki, Bakı Moskvanı tənqid edən kimi, camaat “Rusiya yenə pomidorumuzu almayacaq” deyə, zarafatlar edirlər.

Rusların son hərəkəti isə çox güman ötən gün AZTV-də Rusiyanın kəskin tənqid olunması ilə bağlıdır. JAMAZ.İNFO xəbər verir ki, dövlət telekanalının yayımladığı verilişdə Rusiyanın Ukraynadakı hərəkətləri işğal olaraq qeyd edilib. Ardından isə Qarabağı “müstəqil dövlət” kimi təqdim edən rus kanallarının hərəkətlərinə etiraz olaraq, Azərbaycan XİN-i Rusiyaya nota verib. Görünür, bu rusların ürəyincə olmayıb və bu səbəbdən də sərhədləri bağlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button