DünyaManşet

Ruben Vardanyanın təşklilatı Qarabağdan köçən ermənilərə yardım paylayır

Hazırda Bakıda həbsdə olan, terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan Ruben Vardanyanın təşkilatı Ermənistanda Qarabağdan könüllü köçmüş ermənilərə humanitar yardım paylamağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, “Biz və bizim dağlar” adlanan təşkilat hələ ötən il Vardanyan tərəfindən yaradılmışdı.

Onlar Qarabağdakı ermənilərə yardım göstərmək, separatçılığı geniş təbliğ etmək üçün fəaliyyət göstərirdi. Dünən isə “təşkilat” 5000 ailəyə 200 ton ərzaq paylayıb. Bundan başqa, “Biz və bizim dağlar”ın nümayəndəsi Qriqori Martirosyan (qatı anti-Azərbaycan tərəfdarıdır) bildirib ki, onlar hər 20 gündən bir 4 nəfərlik ailənin ərzağını verməyə hazırdırlar.

O bildirib ki, 600 min dollar dəyərində ərzaq Ruben Vardanyanın ailəsinin dəstəyi ilə əldə edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button