GündəmManşet

Ruben Vardanyan: “Azərbaycan anaları övladlarının ölməsini istəməzlər”  

Qarabağda özünü “dövlət naziri” kimi təqdim edən Rruben Vardanyanın Moskva səfəri davam edir. Bir sıra rus mətbuatına açıqlama verən erməni milyarder, alman və fransız mediasına da yol taparaq, müsahibələrini dərc etdirir. Son müsahibəsi iəs RTVİ kanalında yayımlanıb.

O deyib ki, Qarabağa gəldikdən sonra bir sıra şeylər dəyişib. Onun sözlərinə görə, dəyişənlərdən biri də Azərbaycan tərəfindən unudulan Qarabağ məsələsi yenidən aktuallaşıb.

Vardanyan bildirib ki, indiyə qədər o, Ermənistanda hakimiyyətdə olan dövlət başçılarının heç birinin işinə qarışmayıb. Lakin baş nazir Nikol Paşinyanla görüşündə bəzi məsələlərə toxunub. “Qarabağ mənim qırmızı xəttimdir. Ona görə də, erməni elitası Qarabağda baş verənləri seyr etməməlidir. Proseslərə qatılmalıdır”.

Erməni milyarder müharibə məsələsinə də toxunub və deyib ki, hərbi ritorika uzun zaman davam edə bilməz. “Əgər biz davamlı olaraq hərbi ritorikaya baş vursaq, bu prosesləri dalana dirəyəcək və nəticə əldə etmək olmayacaq. Üstəlik, hərbi ritorika gec-tez müharibəyə gətirib çıxarır. Bu gün Azərbaycanın neft və qazı, Türkiyənin dəstəyi olmasaydı, son hadisələr yaşanmazdı. Amma sonsuza qədər müharibə də apara bilmərik. Düşünürəm ki, Azərbaycan anaları da növbəti müharibəni və oğullarının ölməsini istəmir”.

Müsahibənin ən maraqlı tərəfi isə odur ki, Vardanyan yenə erməni yalanlarına baş vurub. O deyib ki, guya, dünyada Qarabağ əsilli ermənilərin sayı 500 mindir. Hətta həmin ermənilərin Qarabağa sərmayə qoyduqlarını da iddia edib.

P.S. Bu qırmızı xətt hər nədirsə, İranla Ermənistanı narahat edir. Başqa ölkələrdə deyəsən, başqa rənglərdən istifadə edirlər.

İkincisi, Qarabağda yaşayan ermənilər o qədər uzunboy deyillər ki, təkbaşına Azərbaycanla müharibə etsinlər. Ən yaxşı halda 3 gün ərzində Qarabağda bir erməni qalmaz. Ölən ölər, qaçan da qaçar.

Qaldı, 500 min Qarabağ ermənisi məsələsinə, hə, Vardanyan burda “altını bərk vurub”. Çünki hazırda guya, 120 min erməninin yaşadığı deyilən Qarabağda, torpaq əkməyə adam tapa bilmirlər. İndi bu 500 min haradan çıxdı, necə çıxdı, bu artıq Vartanın oğlunun uydurmasından başqa bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button