ManşetSosial

Qazaxın icra başçısı Şəhid anasının başına hansı oyunu açıb?- Hamaya Qurbanova Prezidentdən kömək istəyir  

Qazax rayon, Fərəhli kəndində yaşayan, Şəhid anası Qurbanova Hamaya Mustafa qızı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. JAMAZ.İNFO-nun elektron ünvanına göndərilmiş müraciətdə bildirilir ki, Şəhid anası Qazaxın icra başçısı Rəcəb Babaşov onları nəinki aldadıb, üstəlik, onları ittiham etməkdən də çəkinməyib.

Belə ki, Hamaya Qurbanovanın oğlu Qoşqar Qurbanov 2014-cü ildə xidmət etdiyi N saylı hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən, Şəhid olub. Digər oğlu Mahmud Qurbanov isə 2002-ci ildən 2017-ci ilədək N saylı hərbi hissələrdə xidmət edib. Lakin Mahmud 2017-ci ildə ağır xəstəliklə əlaqədar ordudan tərxis olunub. “Oğlum Qurbanov Mahmud Məqsəd oğlu xəstədir. O, hərbi xidməti zamanı travma alıb və daha sonra cərrahiyə əməliyyatı keçirib. 2017-ci ildə isə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası onun xidmətə yararlı olmadığına dair sənəd verib. Hazırda oğlum Mahmud 2-ci qrup hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar əlildir”.

Şəhid anası bildirir ki, Mahmud Qurbanov özü ilə bərabər 8 nəfər ailə üzvünün də dolanışığını təmin edir. “Yaşayışımızı normallaşdırmaq üçün o kiçik sahibkarlıqla məşğul olmaq istəyir. Bununla bağlı Qazax rayon İcra Hakimiyyətindən 100 kvadrat metr torpaq sahəsi ayrılmasını xahiş edib. Dəfələrlə edilən yazılı və şifahi müraciətlərə baxmayaraq, İcra Hakimiyyəti heç bir cavab vermədi. Məcbur olub, oğlum Prezident Admnistrasiyasına üz tutdu. Orada Zöhrab müəllimlə görüşdü. Zöhrab müəllim oğluma bildirdi ki, get rayona, Qazax rayon İcra Hakimiyyətinin başçısına göstəriş verəcəyik ki, sənə sahibkarlıq üçün 75 kv torpaq sahəsi ayırsın”.

Şəhid anası yazır ki, qayıtdıqdan sonra oğlu Qazax rayon İcra Hakimiyyətinin başçısının 5 dəfə qəbulunda olub. Lakin 3 ay müraciətlərinə cavab verilməyib. “Bu boyda Qazax rayonunda hər pulu olana hər şey tapıldı, lakin oğluma 75 kv torpaq ayrılması üçün yer tapılmadı. Sonradan 6-cı dəfə oğlum Qazax rayon İcra Hakimiyyətinin başçısının qəbuluna getmək istədi. Bu zaman müavin Məmməd müəllim ona bildirdi ki, obyekt tikmək üçün torpaq sahəsi yoxdur. Yalnız böyük xəstəxananın yanında Dədə Qorqut parkında 35 kv yer verdi ki, fundament qazaraq, 40 sm kubuklə hörgü işləri aprıb, üstün isə şüşəbənd etməklə istifadə edə bilər. Oğlum da 1000 manat borc edib, onun dediyi kimi elədi. Lakin elə həmin günün axşamı Qazax rayon İcra Hakimiyyətinin göstərişinə əsasən ərzidə tikinti işlərini dayandırıldı və tikinti materiallarını da maşına yığıb apardılar. Ardından da tikintiyə qadağa qoydular”.

Hamaya Qurbanova qeyd edir ki, əlil olan oğlunun himayəsində o, 4 nəfərdən ibarət öz ailəsi və Şəhid qardaşının 3 nəfərlik ailəsi var. “Bu ilin may ayının 1-də Qazax rayon İcra Hakimiyyətindən bizə məktub göndəriblər və utanmazcasına iddia ediblər ki, guya, biz ərazini zəbt etmişik. Bu nankor adamlar bir tərəfdən bizə yer verir, oranı təmizləyirik, tikinti işi aparmağa başlayırıq və maddi zərər vururlar, üstündən də, bizi ittiham edirsiz. Ar olsun sizin kimi məmurlara”.

Şəhid anası sonda dövlət başçısından oğlu üçün Qazax rayonunda sahibkarlıqla məşğul olmaq üçün 75 kv.m ərazi ayrılmasının xahişini edib.

Məsələ ilə əlaqədar Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərtəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button