GündəmManşet

Qarabağda separatçıların yeni “dövlət naziri” kim olacaq?

Məlum olduğu kimi, bir müddət əvvəl Qarabağdakı serparatçıların rəhbəri Arayik Harutyunyan “istefa” verdi. JAMAZ.İNFO xəbər verir ki, onun getməsindən sonra yerinə birini gətirmək üçün qurldur dəstəsi artıq hazırlıqlara başlayıb.

Belə ki, Qarabağda bir qrup separatçı yığışaraq, özlərinə yeni rəhbər seçməyə hazırlaşır və bunu sentyabrın 9-da reallaşdırmağa qərar veriblər. Həmin şəxs böyük ehtimalla Samvel Şahramanyan olacaq. Çünki bölgədəki separatçıların əksəriyyəti onun üzərində fokuslaşıb bə onu müdafiə etdiklərini bildiriblər.

Qeyd edək ki, Xankəndidə separatçılar arasında başqa bir müzakirəyə də son qoyulub. JAMAZ.İNFO “Hraparak”a istinadən xəbər verir ki, quldur dəstəsi qondarma “dövlət naziri”ni də müəyyənləşdiriblər. Belə ki, onlar Arayik Harutyunyanın ən yaxın adamı olan Artur Harutyunyanı başa keçirmək fikrindədirlər. Qəzet bildirir ki, Qarabağdakı separatçılar artıq onunla bağlı razılığa gəliblər. Artur isə əsasən iqtisadi layihələrin həyata keçirilməsi ilə tam məşğul olacaq. Yəni ona ancaq maliyyə-iqtisadi məsələlər həvalə olunacaq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button