GündəmManşet

Qarabağda Azərbaycana qarşı döyüşənlər qorxu içində: “Bizi Bakıya təhvil verəcəklər”

Azərbaycan Qarabağda antiterror əməliyyatından sonra bölgədə terrorçuları himayə edən, onları maliyyələşdirən, habelə təşkilatlandıraraq, müxtəlif cinayətlər törətmiş şəxsləri həbs etdi. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan DTX qısa müddətdə Ruben Vardanyanı, Arayik Harutyunyanı, Bako Saakyanı və Arkadi Qukasyanı saxlayıb.

Bildirək ki, Ermənistanda baş verən bu hadisələr qorxu ilə qarşılanın. Belə ki, vaxtıyla Qarabağda Azərbaycana qarşı döyüşmüş şəxslər açıq şəkildə etiraf edirlər ki, onlar qorxurlar. JAMAZ.İNFO xəbər verir ki, vəkil Hovsep Sarkisyan “Pastinfo” ya müsahibəsində deyib ki, Qarabağda Azərbaycana qarşı döyüşmüş keçmiş hərbçilər mütəmadi olaraq ona müraciət edirlər. “Onlar qorxurlar ki, Ermənistan tərəfi onları Azərbaycan təhvil verəcək. Və müraciətləri də ondan ibarətdir ki, bu baş verərəsə, qarşısını necə almaq mümkündür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button