ManşetÖlkə içi

Qarabağda ət biznesi uğrunda savaş: Samvel Babayan bazarı ələ keçirib

Qarabağdakı separatçılar biznes sahələri uğrun da mübarizəyə başlayıblar. İndiyə qədər hər şeyi əlində cəmləşdirən Arayik Harutyunyan və Ruben Vardanyana, artıq yeni rəqib tapılıb.

JAMAZ.İNFO xəbər verir ki, Vardanyan və Harutyunyanın yeni rəqibi keçmiş “təhlükəsizlik şurasının katibi”, iki aydır Qarabağa geri dönən Samvel Babayandır. Belə ki, o, Qarabağdakı ət bazarını ələ keçirmək üçün hərəkətə keçib.

“Hraparak” qəzeti yazır ki, hal hazırda Qarabağda bütün sahələrdə, o cümlədən ət idxalında ciddi problemlər yaranıb. 2020-ci ildən sonra Qarabağa Ermənistandan ət idxal edən şəxs son müharibədə ölən hərbçilərdən birinin qardaşı olub. Harutyunyan bütün tenderləri ona veribmiş. Lakin Babayan Qarabağa geri döndükdən sonra bu sahəni ələ keçirmək üçün fəaliyyətə başlayıb və qısa müddətdə onu əldə edib. Hətta bu zaman keçmiş idxalçı ilə aralarında münaqişə də yaranıb. “Sonda tərəflər arasında razılaşma əldə olunub. Həmin razılaşmaya əsasən Samvel Babayan Ermənistandan Qarabağ ət idxal etməyə başlayıb. Satış işini isə keçmiş idxalçı həyata keçirir”.

Qarabağdakı ermənilər isə ətin keyfiyyətinin xeyli aşağı düşdüyünü deyirlər. Onlar şikayətlənirlər ki, keçmiş idxalçı qəssab olub və gətirdiyi ətlərin də keyfiyyətində ciddi problem olmayıb. “Babayan ət biznesini ələ keçirəndən sonra durum dəyişib. Hazırda Qarabağa keyfiyyətsiz ət gətirilir. Babayan təkbaşına pul qazanmaq istəyi hamımızın qəzəbinə səbəb olub. O utanmadan indiki durumda belə bir addım atır. Bunun günahı da Arayik Harutyunyandadır. Çünki Samvelə şəraiti o yaradır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button