GündəmManşet

Paşinyandan Şahramanyana “qırmızı kart”: “Get, özünə iş tap, şəxsi həyatını qur, Qarabağ məsələsi sənlik deyil”

Qarabağdakı separatçıların rəhbəri, hazırda Ermənistanda özünə məskən salmış Samvel Şahramanyan Ermənistan hakimiyyətindən “qırmızı kart” alıb. JAMAZ.İNFO xəbər verir ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş üçün müraciət etsə də, hələ də müsbət cavab ala bilməyib.

“Hraparak” qəzeti yazır ki, Samvel Şahramanyanın susması, heç bir məsələyə qarışmaması səbəbsiz deyilmiş. Qəzetin yazdığına görə, Ermənistan hökuməti tərəfindən vasitəçi olaraq təyin olunmuş baş nazirin müavini Tiqran Xaçatryan bir neçə dəfə Şahramanyanla görüşüb. “Sonuncu görüşdə Xaçatryan Şahramanyana açıq şəkildə deyib ki, onun Qarabağ və oradan köçən ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermənistan hökuməti onun köməyi olmadan bu problemləri həll edəcək. Ardından isə Xaçatryan onu da deyib ki, Şahramanyan gedib özünə iş tapsın, şəxsi həyatı ilə məşğul olsun. Çünki Qarabağ məsələsi onluq deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button