GündəmManşet

Paşinyan köməkçisini Qarabağa göndərdi: Hesabat hazırlanacaq

Son günlər Ermənistanla Qarabağdakı separatçılar arasında danışıqlar və görüşlər intensiv şəkil alıb. JAMAZ.İNFO xəbər verir ki, ötən həftə Ermənistan İstintaq Komissiyasının sədri və nümayəndələri Xankəndinə gedərək, orada separatçıların rəhbəri Arayik Harutyunyanla görüşmüşdülər.

Bu səfərdən sonra Arayik İrəvana gələrək, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Həmin görüş zamanı hər ikisi Qarabağın “müstəqilliyindən”, onun gələcək statusundan danışaraq, bir sıra açıqlamalar verdilər.

Lakin bu gün məlum olub ki, Nikol Paşinyan öz köməkçisini 4 günlük Xankəndinə göndərmək barədə qərar verib. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında yer alan xəbərə görə, Xankəndinə səfər edəcək baş nazirin köməkçisi Qaqik İsxanyan orada 4 gün qalacaq və bir sıra araşdırmalar aparacaq. “Nikol Paşinyanın göstərişinə əsasən Ermənistan baş nazirinin köməkçisi Qaqik İsxanyan 12-15 iyul tarixlərində Arsax Respublikasına (Stenapakert) işgüzar səfərə gedəcək”.

Həmin məlumata görə, İsxanyan Xankəndidə gördüyü işlər, apardığı araşdırmalarla bağlı geri döndükdən sonra hesabat hazırlayıb, baş nazirə təqdim edəcək.

Baş nazirin köməkçisinin Xankəndidə hansı araşdırmaları aparacağı və nə kimi bir hesabat hazırlayacağı barədə məlumat verilmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button