DünyaManşet

Paşinyan ağır xəstədir?

Ermənistanın baş naziri Nikol Paşinyanın səhhətində ciddi problem var. JAMAZ.İNFO xəbər verir ki, MDB dsövlət başçıları Şurasının iclasından sonra onun vəziyyətinin pisləşdiyi deyilir.

“Şərəf Duyuram” blokundan olan deputat Hayk Mamicanyan bildirib ki, Paşinyanın səhhətində problemlə bağlı onlarda da məlumat var. “Bunun doğru olub -olmadığını hamımız tezliklə biləcəyik. Ermənistanda belə şeyləri uzun müddət gizlətmək mümkün deyil”.

“Armenian Report” saytı isə məsələ ilə bağlı araşdırma apardıqlarını bildirirlər. Onlar Paşinyanın sağlamlıq probleminin olub-olmadığını dəqiqləşdirmək üçün rəsmi qurumlara da müraciət edəcəklər. Eyni zamanda, müxalifətdən də bununla bağlı hökumətə sorğu göndərmələrini istəyiblər.

Bu əsnada, yerli media və siyasi camiənin nümayəndələri bəyan edirlər ki, əgər Nikol Paşinyan səhhətində yaranmış problemlərdən dolayı baş nazir postundan istefa verərsə, onun indiyə qədər imzaladığı bütün sərəncam, qərar, bəyanat və razılaşmaların hamısı qüvvədən düşəcək. “Paşinyanın imzaladığı hər şey qüvvədən düşəcək. Moskva və Bakıya razılıq verdiyi məsələrin də bir əhəmiyyəti qalmayacaq, çünki onlar da etibarsız olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button