İqtisadiyyatManşet

Overçuk: “Tərəflər əlaqələrin bərpası üçün öhdəlik götürüb”

“Ermənistan, Rusiya və Azərbaycan bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin bərpasında maraqlıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, mütəmadi olaraq üçtərəfli işçi qrupu görüşlər keçirir. “Ardıcıl yeddinci olan son görüş, avqustun ortalarında Moskvada keçirildi. Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün öhdəlik götürüb. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparılır”.

Onun fikrincə, nəqliyyat marşrutlarının bərpasının Ermənistanla Rusiya arasında ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacağı açıqdır.

Öz növbəsində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan uzun illər nəqliyyat əlaqəsi məsələsində məhdudiyyətlərin olduğunu qeyd edib. “Əlaqələrin açılmasının iqtisadiyyata müsbət təsir edəcəyi aydındır, lakin konkret rəqəmlərdən danışmaq üçün hələ tezdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button