GündəmManşet

Mirzoyan həyasızlığı: Bakı Qarabağa gedən “humanitar yardımın” qarşısını kəsir?

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərək, yenə yalan danışıb. JAMAZ.İNFO xəbər verir ki, o, iddia ediib ki, guya, Azərbaycan tərəfi Qarabağa huimanitar yardım göndərilməsinə imkan vermir və orada yaşayan ermənilərin hüquqlarını tanımır.

Belə ki, Mirzoyan hazırda Qarabağda humanitar fəlakətin yaşandığını, müharibədən sonra yaşayışın dözülməz həddə gəldiyini bildirib. “Hətta bu gün Azərbaycan bütün istiqamətlərdə Qarabağa humanitar yardımların göndərilməsini blokadaya alıb. Orada yaşayan dinc sakinlərin humanitar yardımlara əlləri çatmır”.

Erməni spiker bununla da kifayətlənməyib və bildirib ki, Assambleyanın üzvü olan dövlətlər Azərbaycana təzyiq göstərməlidir. Hətta belə bir iddia ilə də çıxış edib ki, Azərbaycan hakimiyyəti Qarabağda yaşayan ermənilərin hüqularını təmin etməli və “əsir”lərin geri qaytarılmalıdır. “Bundan başqa, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləməlidir”.

P.S. Bu çıxış sözün həqiqi mənasında erməni həyasızlığının növbəti təzahürüdür. Ona görə ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə humanitar yardımın çatdırılmasına heç bir əngəl törətmir. Əksinə, bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlılarının mütəmadi olaraq Qarabağa humanitar yardım daşıması faktdır və bununla bağlı Rusiya tərəfi də davamlı olaraq məlumat yayır. Bundan başqa, Azərbaycan tərəfi Şuşa şəhərində yerləşən elektrik yarımstansiyası vasitəsi ilə Xankəndi şəhərinə elektrik verir və özü də təmənnasız. Həmçinin Ermənistan tərəfi qaz və elektrik enerjisi verir ki, rəsmi Bakı buna bir dəfə də olsun etiraz etməyib.

Mirzoyanın ağlında olan “humanitar yardım” məsələsinə gəldikdə isə Azərbaycan ona heç vaxt imkan verməyəcək. İndi 90-cı illərin əvvəli deyil. Həmin vaxt Fransa və digər ölkələrdən Qarabağa humanitar yardım adı ilə silah daşındığı heç kimə sirr deyildi. Ermənilər indi də eyni taktikanı işlədib, analoji addımları atmaq istəyirlərsə, bu mümkün olmayacaq.

O da aydın məsələdir ki, Mirzoyan bu sözləri İrandan daşınan yüklərlə bağlı ifadə edib. Lakin cəsarəti çatıb konkret ad çəkməyib. Həmin İran ki, davamlı olaraq Xankəndinə qanunsuz olaraq yük daşıyır. Və Azərbaycan tərəfi də haqlı olaraq, Qafan-Gorus yolunu bağlayıb.

Qaldı, Qarabağda yaşayan ermənilərin hüquqularının tanınmasına, Mirzoyan da yaxşı bilir ki, rəsmi Bakı həmin ərazilərin sahjibi olduğunu və orada yaşayan ermənilərin də vətəndaşı olduğunu dəfələrlə bəyan edib. Onlar Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra, ölkəmizdə digər xalqlar üçün yaradılmış bütün şərait onlar üçün də yaradılacaq. Status və ya buna bənzər nəsə ağıllarından keçirsə, unutsalar yaxşıdır. Çünki bu olmayacaq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button