İqtisadiyyatManşet

Mənzillərə verilən istiliyin qiyməti bahalaşıb: yeni qayda ilə hesablanır

Vətəndaşların verdiyi məlumata görə, “Azəristiliktəchizat” mənzillərə verilən istiliyin qiymətini fərqli hesablamağa başlayıb. Belə ki, əvvəllər qiymət istiliyin yaşayış sahəsinin neçə kvadratmetr ərazisini əhatə etməsi ilə hesablayırdısa, artıq evin ümumi sahəsinə görə hesablama aparılır.
Məsələni aydınlaşdırmaq üçün Modern.az “Azəristiliktəchizat” ASC-nın mətbuat katibi Elvin Basqallı ilə əlaqə saxlayıb. O, bu məlumatın doğru olduğunu təsdiqləyib. Elvin Basqallının sözlərinə görə, müvafiq qayda Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü ildə qəbul etdiyi qərara əsasən tənzimlənir. “Nazirlər Kabinetinin qərarına əsasən ödəniş zamanı evin ümumi sahəsi əsas götürülür. Ödəniş açıq eyvanlar istisna olmaq şərti ilə ümumi sahəyə görə hesablanır. Mövcud tariflərdə dəyişiklik yoxdur. İstilik haqqı mənzilin hər 1 kv.m-i üçün aylıq 15 qəpik təşkil edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button