GündəmManşet

Kristin Movsisyan: “İstərdim ki, Ermənistan da İsrail etdiyini Azərbaycana qarşı etsin”

İsraildəki erməni icmasının nümayəndəsi Kristin Movsisyan Azərbaycana qarşı kinini ortaya qoyan fikirlərlə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, o, İsraildə son baş verən hadisələrə münasibət bildirərkən, qeyd edib ki, analoji addımı Ermənistan da Azərbaycana qarşı etməlidir.

Movsisyan bildirib ki, Azərbaycanın Qarabağda etdikləri ilə HƏMAS-ın etdikləri eynidir. “İsrailin HƏMAS-a verdiyi cavab kimi erməni tərəfinin də azərbaycanlılara cavab verməsini çox istərdim. Azərbaycanlılar kəndlərimizə girib insanlarımızın dilini, qulaqlarını kəsəndə əsgərlərimiz geri çəkildi. Biz İsrail ermənilərinin yəhudilərə çatdırmaq istədiyimiz budur ki, türklərin və azərbaycanlıların taktikası HƏMAS-la eynidir. İsrailin dəstəklədiyi Azərbaycanın dəsti-xətti eynidir. Azərbaycan ermənilərə nə etdisə, HƏMAS da İsrailə onu etdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button