ManşetSiyasət

İranlı siyasətçi: “İndi Azərbaycanın ağzına yumruq vurmağın zamanıdır”

“Əgər dünyaya gücümüzü və müqavimətimizi göstərmək istəyiriksə, o zaman ABŞ-a, sionist rejimə və Ərdoğana dərs verməliyik”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri İran parlamentinin keçmiş deputatı, “North Drilling” neft şirkətinin sabiq icraçı direktoru Hidayət Xadimi öz Twitter-də yazıb.

O bir qədər həddi aşaraq, hədyan danlşıb. Xadimi deyib ki, hazırda Azərbaycanın ağzına yumruq vurmaq zamanıdır. “Hazırda İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanın ağzına yumruq endirməsinin zamanıdır. Əmin ola bilərsiniz ki, o zaman nüvə danışıqlarında vəziyyət daha da yaxşı olacaq”.

P.S. Bu iranlı “siyasətçi” SEPAH-a çox da güvənməsin. Və başından böyük qələt edərək, Azərbaycanın ağzının üstündən yumruq vurmaq eşqinə də düşməsin. Əgər o və güvəndikləri bunu edərlərsə, müqabilində dallarından dəyəcək təpiyi də görəcəklər. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button