ManşetSiyasət

İranlı ekspert: “İran Ermənistana kömək üçün öz qoşunlarını göndərməyəcək”

“İran Ermənistana hərbi dəstək və texnika vermək istəyir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Avrasiya Araşdırmaları İnstitutunun eksperti Qüdrətullah Şafeyi deyib.

Eyni zamanda, o, bunun üçün Ermənistanın istəyinin zəruri olduğunu izah edib.“Mühakimə oluna bildiyi qədər, Ermənistanın özü də İranın hərbi texnikasının alınmasında o qədər də maraqlı deyil”.

O, ehtimal edib ki, bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır.

Eyni zamanda ekspert Ermənistana qarşı müharibə olacağı təqdirdə İranın İrəvana kömək üçün öz qoşunlarını göndərəcəyinə inanmır. “İran əsgərləri heç vaxt başqa ölkədə, o cümlədən husilərin vuruşduğu Yəməndə, Livan və ya Suriyada döyüşməyib. Bütün bu hallarda söhbət İrandan alınan hərbi texnika və kəşfiyyatdan gedir, lakin İran silahlı qüvvələrinin özləri döyüşmür. Ona görə də, Bakıdan Ermənistana qarşı yeni hərbi təxribat olarsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”.

Şafeyi daha sonra deyib ki, İranın İrəvana dolayısı ilə kömək edəcəyini də istisna etməyib. “Ola bilər ki, İranın hərbi texnikasından istifadə olunsun. Amma Ermənistanın özü öz maraqlarını qorumalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button