ManşetÖlkə içi

İranlı ekspert Cəfər Xaşe: “Zəngəzur yox, Turan dəhlizi, Azərbaycan yox, İran Atropatenası var”

“Son Qarabağ müharibəsindən sonra İranın Cənubi Qafqazdakı siyasəti çox dəyişməyib. Lakin bir sıra əsas dəyişikliklər baş verib və bu siyasətə bir sıra başqa siyasi oxlar da əlavə edilib. İranın bölgədəki xarici siyasətinin əsas prinsipi dövlətlərin ərazi bütövlüyünü qorumaq və sərhəd dəyişikliyinə yönəlmiş istənilən hərəkətə qarşı mübarizə aparmaqdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Tehran Universitetinin nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Cəfər Xaşe erməni mətbuatına açıqlamasında deyib.

Xaşe iddia edib ki, guya, Azərbaycanın məqsədi başqa dövlətlərin ərazilərinə göz dikməkdir. Üstəlik, həyasızcasına onu da deyib ki, guya, Azərbaycan sülh razılaşmasını pozur. “Azərbaycan və Türkiyə üçtərəfli sazişin 9-cu bəndi ilə bağlı həddən artıq canfəşanlıq edir. “Zəngəzuri dəhlizi” adlanan,  İranda isə “Turan dəhlizi” adlandırılan layihə İran tərəfindən qəbul edilə bilməz. Bunu Rusiya da qəbul edə bilməz”.

İranlı ekspert o fikirdədir ki, İran tərəfindən dəhlizin işə salınmasına reaksiya verməyə dəyməz. “Əliyevin ifadəsinə diqqət yetirmək və o, belə bir bəyanatla nə demək istədiyini izah etməlidir. İranın Turan dəhlizinə baxışı dəyişməyib. Üçtərəfli sazişin 9-cu bəndi yalnız İranın regionda qəbul etməyəcəyi kommunikasiya vasitələrinin blokadadan çıxarılmasını nəzərdə tutur”.

Son zamanlar artan İran-Azərbaycan gərginliyinə toxunan ekspert iddia edib ki, yalnız bir Azərbaycan var, o da İran Atrpopatenasıdır. “Ona görə də İran ona təhlükə yaradanlara istənilən üsulla və istənilən sahədə cavab vermək hüququnu özündə saxlayır”.

Azərbaycanın İsraildə səfirliyinin açılmasından danışan C.Xaşe yenə iddia edib ki, bunun qurbanı Azərbaycan xalqı olacaq. “İsrail Azərbaycandan alət kimi istifadə edir və anti-İran əməliyyatları Azərbaycan ərazisindən aparılıb. Ona görə də, İsrailin bölgədə mövcudluğunun davam etməsi İran müxalifətini daha da qızışdıracaq. Azərbaycan regionda gərginliyi azaltmaq və qonşuları ilə münasibətləri normallaşdırmaq üçün öz xarici siyasəti sahəsində dəyişiklik etməlidir”.

P.S. Qeyd edək ki, iranlı ekspert sözün həqiqi mənasında nə tarixdən, nə də siyasətdən xəbərdardır. Tarixdən ona görə xəbərdar deyil ki, İran Atropatenası deyilən bir anlayış yoxdur və heç bir mənbədə bu kəlimə keçmir. Siyasət tərəfinə isə heç toxunmayaq. Çünki adam hələ müəyyən edə bilmir ki, Cənubi Qafqaz haradır, İran haradır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button