GündəmManşet

İrəvandan yeni nəqliyyat marşrutu təklifi: Arazdəyən-Ordubad-Meğri-Horadiz dəmir yolu

Ermənistanın baş naziri Nikol Paşinyan dünən ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibəsində Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunikasiya xətləri barəsində danışıb. JAMAZ.İNFO xəbər verir ki, Paşinyan bu çıxışı zamanı hansı marşrutların açılması barədə təklif də irəli sürüb.

O qeyd edib ki, Azərbaycan Naxçıvanla Ermənistanın suveren ərazisi vasitəsilə, Ermənistan isə Azərbaycan ərazisi vasitəsilə Rusiya və İranla əlaqə yaratmalıdır. “Biz açıq deyirk ki, Azərbaycanın Naxçıvanla əlaqəsi olacaq. Lakin bəziləri bunu Türkiyə ilə də əlaqənin yaradılması klimi təqdim edir. Söhbət təkcə, daxili kommunikasiyalardan getmir, həm də ən qısa zamanda həll yollarını tapa bilmək üçün beynəlxalq kommunikasiyalar mövzusunun da müzakirəsini davam etdiririk”.

Onun sözlərinə görə, yaradılan üçtərəfli işçi qrupu bu istiqamətdə xeyli iş görüb. “İşçi qrupu yerli vəziyyəti araşdırıb və mümkün marşrutları da qeyd edib. Bunlar İcevan-Qazax, Berd-Tovuz, Anqoqakot-Biçənək, Horadiz-Erasx (Arazdəyən), Horadiz-Meğri-Ordubad-Eraxs (Arazdəyən) dəmir yolları xətləridir. Bizim mövqeyimiz belədir ki, Eerasx (Arazdəyən)-Ordubad-Meğri-Horadiz dəmir yolunu Azərbaycan və Ermənistan tərəfi öz ərazisindən keçən hissələri özləri çəkməlidirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button