CəmiyyətManşet

İnsanların qəniminə çevrilən xəstəliklə necə mübarizə aparmalı? – Bu vitamini içsəniz…

Yüksək qızdırma, öskürək, halsızlıq və s. kimi əlamətlərlə özünü göstərən xəstəlik son zamanlar insanların qəniminə çevrilib desək yanılmarıq.

Jamaz.info xəbər verir ki, paytaxtda özəl klinikaya müraciət edən xəstələrin bir neçəsində analizlər müsbət nəticə verib. Oların influenza virusuna yoluxduğu məlum olub.

Səhiyyə Nazirliyi virusun yayıldığını təsdiqləyib:

“Hazırda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir. Bu xəstələrdən götürülmüş yaxmalardan yeni növ koronavirus, kəskin respirator virus infeksiyaları və bu qrupa daxil olan influenza virusu aşkarlanır. Virusa yoluxan şəxslərin qrip əleyhinə peyvənd olunması tövsiyə olunur”.

Jamaz.info-ya açıqlama verən pediatr-allerqoloq Xəyalə Quliyevanın sözlərinə görə, virus daha çox 1-5 yaş arasında olan uşaqlarda rast gəlinir:

“Son dövrdə yayılan yüksək qızdırma, boğaz ağrıları, halsızlıqla müşayiət edilən xəstəlik məhz influenzadır. Biz bunu testlərlə də təsdiqləyirik. Nəticələr pozitiv gəlir. Böyük uşaqlar arasında da yayılma mövcuddur. İlkin tədbir, digər virus infeksiyalarında olduğu kimi buruna dəniz suyu spreylərinin püskürdülməsi, körpə uşaqlara damcıların, 1yaşdan böyük uşaqlara spreylərin vurulması, otaq havasını tez-tez dəyişdirmək, xəstə insanlarla təmasdan mümkün qədər qaçmaq, maskadan istifadə etmək lazımdır”.

Bir çoxları bu zaman immunitet gücləndirici siroplara üz tutsa da həkim, bunun doğru olmadığını dilə gətirib.

“Belə bir vasitə yoxdur. Ancaq vitamin D mütləqdir. Çünki o eyni zamanda uşaqlarda tez-tez xəstələnmək hallarının qarşısını alır. Araşdırmalar nəticəsində məlum olub ki, vitamin D-nin miqdarının 50-80 arasında olması uşaqlarda xəstəliklərə qarşı immunitet formalaşdırır. Bəzi valideynlər özbaşına, uşağın 1 yaşı olduqdan sonra dərman verilməsini kəsirlər. Ancaq mən səslənirəm ki, vitamin D qəbulu kəsilməməlidir. Tövsiyə edirəm ki, bütün yaş qruplarına məxsus insanlar bu vitamindən istifadə etməlidir. Çünki bu vitamin eyni zamanda korona, uşaqlarda raxit xəstəliyi, böyüklərdə düz bağırsaq, uşaqlıq yolu xərçəngi, osteoprozdan qoruyur. Miqdarını isə təbii olaraq həkim təyin etməlidir. Profilaktik miqdar, 12 yaşa kimi uşaqlarda 500-1000 təsir  vahidinə qədər, böyüklərdə isə 1500-2000 təsir vahidi arası olmalıdır.. Müalicəvi miqdar isə verilən qan analizi nəticəsində məlum olduqdan sonra təyin edilir”,-deyə X. Quliyeva vurğulayıb.

Müəllif: Şahanə Quliyeva

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button