AraşdırmaManşet

“Hraparak” qəzeti: “Azərbaycan faktiki olaraq Ermənistanı idarə edir”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti rəsmi İrəvanın və Bakının son günlər verdikləri bəyanatlara əsasən yazı dərc edib. Yazının müəllifi isə azərbaycanlılara qarşı xüsusi antipatiyası olan jurnalist Hasmik Babacanyandır.

JAMAZ.İNFO xəbər verir ki, Babacanyan yazısında qeyd edib ki, hazırda Azərbaycan Ermənistanı idarə edir. O, bunun üçün son günlər verilən bəyanatlar, Ermənistanın konstitusiya dəyişikliyinə getməsi və Müstəqilli Bəyənnaməsini dəyişdirmək üçün təşəbbüslə çıxış etməsini göstərib. “Paşinyan Azərbaycan rəsmilərinin dediklərini təkrarlayır. Məsələn, səhər Azərbaycan tərəfi bir məsələni qaldırırsa, axşam Nikol Paşinyan onun haqqında danışmağa başlayır. De-yure Ermənistanın idarəetmə sistemini Azərbaycan diktə edir”.

Erməni jurnalist yazısında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun son açıqlamalarına da istinad edib. “Əmirbəyov deyir ki, Azərbaycan təkcə Ermənistanın Müstəqillik Bəyannaməsində deyil, bir sıra digər sənədlərdə də problem görür və Ermənistan tərəfi ilə təmaslarda bu məsələlər dəfələrlə qaldırılıb. Deməli, bu gün Ermənistanda Azərbaycanın diktə etdiyi formal hökumət var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button