ManşetSiyasət

“Hraparak”: “Paşinyan Arayikə açıq şəkildə deyib ki, ümidlərini nə İrəvana, nə də ruslara bağlamasınlar”

Xəbər verildiyi kimi, ötən həftə Qarabağdakı separatçıların nümayəndələri İrəvana gedərək, orada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər. JAMAZ.İNFO xəbər verir ki, Paşinyan iki gün Aarayik Harutyunyanı qapı arxasında gözlətdirdikdən sonra bir neçə saat söhbət edərək, görüşü yekunlaşdırıb.

Erməni mediası yazır ki, həmin görüş Praqda keçirilmiş görüşün nəticələri ilə bağlı olub. Belə ki, Paşinyan Harutyunyana görüşdə əldə olunmuş razılaşmalar barədə məlumat verilib. Dünən Xankəndinə qayıdan Arayik isə təcili yığıncaq keçirərək, İrəvan səfəri barədə məlumat verib. Lakin bu görüşlərin davam edəcəyi, digər qruplarla da keçiriləcəyi vurğulanır.

Maraqlı məqam odur ki, Qarabağdakı separatçılar İrəvan görüşləri ilə bağlı tutarlı heç bir açıqlama vermirlər. Erməni jurnalistlərin suallarını cavablandırmaqdan belə çəkinirlər. “Hraparak” nəşri yazır ki, Ermənistan hakimiyyətinin hazırda ən böyük ümidi dünya düzəninin dəyişməsinədir. “Onlar düşünürlər ki, Azərbaycanın tələblərini rədd etmədən mümkün qədər gözləməli, güclənməli və yeni mövqedən çıxış etməlidirlər. Ermənistan səlahiyyətlilərinin verdiyi zəmanətə görə, sülh müqaviləsinin imzalanması yaxın gələcəyin işi deyil. Mənbələrimizin bildirdiyinə görə, Arutyunyanla görüş kifayət qədər çətin atmosferdə keçib. Çünki hamı başa düşürdü ki, Ermənistan hakimiyyəti Qarabağı öz taleyinə buraxır. Və birbaşa mətnlə deyiblər ki, bizə güvənməyin”.

Qəzet onu da yazıb ki, Nikol Paşinyan Arayik Harutyunyana açıq şəkildə ümidlərini ona bağlamamağı tövsiyyə edib. “Paşinyan bildirib ki, ümidinizi özünüzə bağlamalısınız. Həm də eyham vurub ki, ümidinizi ruslara da bağlamayın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button