DünyaManşet

Hataydakı zəlzələdə 8 nəfər ölüb

Dünən gecə saatlarında Türkiyənin Hatay vilayətində ard-arda bir neçə zəlzələ baş verib. JAMAZ.İNFO xəbər verir ki, episentrdə 6.4 balı gücündə olan təkanlar 40 saniyə çəkib və bir neçə dəqiqə aradan sonra 5.8 balla təkrarlanıb.

Lakin təkanlar bununla da yekunlaşmayıb. Hatay vilayətinin Defne rayonunda qeydə alınan zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.

Bildirək ki, hadisə nəticəsində dağıntıların olduğu bildirilir. Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, son məlumatlara görə, Hatayda baş verən zəlzələ zamanı 8 nəfər vəfat edib. Yaralı sayı isə 324 nəfərə çatıb, onlardan 18 nəfərinin vəziyyəti ağırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button